PSJ 3 futbolçusu ilə müqavilə yeniləyib
08.02.2025 - 12:21
![PSJ 3 futbolçusu ilə müqavilə yeniləyib](https://ww3.apasport.az/storage/news/2025/february/08/big/67a714ebf137667a714ebf1377173900311567a714ebf137467a714ebf1375.jpeg)
Fransa Liqa 1 təmsilçilərindən PSJ 3 oyunçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, Komanda Əşrəf Hakimi, Vitinya və Nuno Mendeş ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Əşrəf 2021-ci ildə, Vitinya və Mendeş isə 2022-ci ildə Paris təmsilçisinə qoşulub.
Qeyd edək ki, PSJ hazırda davam edən Fransa Liqasında 22 turdan sonra topladığı 53 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
0
0