PSJ-də şok itki - “Barsa” ilə oyunu buraxacaq
01.10.2025 - 09:22
PSJ-də şok itki - “Barsa” ilə oyunu buraxacaq

PSJ Çempionlar Liqasının II turunun "Barselona" ilə oyununa ciddi itki ilə çıxacaq.

Apasport.az xəbər verir ki, Fransa çempionunun aparıcı futbolçusu Xviça Kvaratsxeliya zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcü yarımümdafiəçi sentyabrın 27-də Fransa Liqa 1-in “Oser”lə görüşündə (2:0) budundan zədə alıb.

Qeyd edək ki, “Barselona” – PSJ görüşü bu gün, Bakı vaxtı ilə 23:00-da start veriləcək.