PSJ ilə çempion oldu, “Bayer”ə getdi
11.06.2025 - 15:11

Bu mövsüm PSJ-nin 19 yaşlılardan ibarət komandası ilə Fransa çempionu olmuş müdafiəçi Aksel Teyp bir çox top klubun diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, artıq vunderkindin yeni komandası bəlli olub.
Almaniya təmsilçilərindən "Bayer" 17 yaşlı mərkəz müdafiəçisini heyətinə qatıb.
Teyp bu mövsüm PSJ-nin əsas komandasına düşməyi bacarıb və 3 matça çıxıb.
Paris təmsilçisinin U19 komandası ilə ölkə çempionu olan fransız futbolçu, həmçinin UEFA Gənclər Liqasında 5 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0