PSJ İngiltərə millisinin üzvü ilə maraqlanır
16.11.2025 - 21:32
“Mançester Siti”nin futbolçusu Con Stounz karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə PSJ yaxından maraqlanır.
Bu barədə “Footmercato” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Paris klubu artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”nin formasını geyinən İngiltərə millisinin üzvünün müqaviləsi mövsümün sonunda başa çatır. O, karyerası ərzində “Barnsli” və “Everton” komandalarında da çıxış edib.
0
0