PSJ-nin yetirməsi Premyer Liqa yolunda
06.10.2025 - 22:56

PSJ-nin yarımmüdafiəçisi Uorren Zayre-Emeri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Arsenal" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu Zayre-Emeri üçün yanvar ayında təklif göndərməyi planlaşdırır. Klubu 19 yaşlı oyunçuya 80 milyon avro qiymət qoyub.
"Mançester Siti" də gənc futbolçuya maraq göstərir.
Qeyd edək ki, Uorren Zayre-Emeri PSJ-nin yetirməsidir.
0
0