Pulişiç İngiltərəyə qayıdır?
10.02.2026 - 22:18
Pulişiç İngiltərəyə qayıdır?

"Milan"ın futbolçusu Kristian Pulişiç İngiltərəyə qayıda bilər.

Apasport.az xəbər verir ki, "Liverpul" və "Arsenal" ABŞ-li vingerlə yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, hər iki klub 2027-ci ilin sonunda müqaviləsi başa çatacaq 27 yaşlı oyunçunu yayda heyətlərinə qatmaq üçün yarışacaqlar.

Qeyd edək ki, "Milan" ABŞ millisinin üzvü olan Pulişiçi 2023-cü ildə "Çelsi"dən 20,8 milyon avroya transfer edib. O, bu mövsüm "rassonyerilər"in heyətində iştirak etdiyi 20 rəsmi matçda 10 qol və 2 assistlə yadda qalıb.