“Qalatasaray”ın mövsümün əvvəlində müqaviləsini yenilədiyi Hakim Ziyeşlə işlər yenə qaydasında getmir.
Apasport.az xəbər verir ki, futbolçu ilə qış transfer dövründə yollar ayrıla bilər.
Heyətə düşməkdə çətinlik çəkən Ziyeşin baş məşqçi Okan Burukla ulduzu barışmır və özü də klubdan ayrılmağa isti baxır.
Futbolçunun performansından narazı olan "Qalatasaray" da özünə komanda axtarmağa başlayan Ziyeş üçün transfer haqqı tələb etmir.
Lakin son anda mərakeşli futbolçunun müqavilənin ləğvinə münasibəti "Qalatasaray" rəhbərliyini şoka salıb.
Belə ki, mərakeşli ulduz mövsümün sonuna qədər bütün alacaqlarını klubdan tələb edib.
"Qalatasaray"dan illik 5,5 milyon avrodan çox məvacib alan mərakeşli ancaq mövsümün sonuna qədərki bütün pulunu aldıqdan sonra komandanı tərk edəcəyini bildirib.
Qeyd edək ki, bu mövsüm 11 matça çıxan Ziyeş cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.