“Qalatasaray” 36-cı pillədə, “Qarabağ” “Beşiktaş”ı qabaqlayır
27.09.2024 - 23:51
“Qalatasaray” 36-cı pillədə, “Qarabağ” “Beşiktaş”ı qabaqlayır

Avropa klublarının yeni reytinq cədvəli bəlli olub. 

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Siyahıda təmsilçimiz “Qarabağ” da yer alıb. Ağdamlılar Avropanın 56-cı komandasıdır.

Türkiyə təmsilçilərindən “Qalatasaray” 36, “Fənərbaxça” 48, “Başakşəhər” 82, “Beşiktaş” isə 147-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya “Mançester Siti” başçılıq edir. Onu “Real” və “Bavariya” izləyir.

0