“Qalatasaray” Barışı buraxmaq istəmir - 5 milyon təklif edildi
03.09.2025 - 11:20
“Qalatasaray” Barışı buraxmaq istəmir - 5 milyon təklif edildi

“Qalatasaray” bir müddətdir adı “Neom”la hallanan Barış Alper Yılmazı komandada saxlamaq niyyətindədir.

Apasport.az xəbər verir ki, İstanbul klubu hücumçuya illik 5 milyon avro maaş qazanacağı yeni müqavilə təklif edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsümdə “Qalatasaray” forması ilə çıxış etdiyi 2 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.