"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Benfika" türkiyəli vingeri transfer etmək istəyir.
Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Lissabon klubu Yunus üçün 17+2 milyon avroluq təklif göndərib. Türkiyə çempionu isə bu təklifi qəbul etməyib.
"Benfika"nın 25 yaşlı ön xətt oyunçusu üçün İstanbul təmsilçisinə növbəti təklifi göndərəcəyi bildirilir.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
- Spallettidən Martinez açıqlaması – "Hazırda iki qapıçımız var"
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi