“Qalatasaray” Bernardo Silva transferi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin keçidindən imtina edib.
“Sabah”ın məlumatına görə, “sarı-qırmızılılar” “Mançester Siti”dən ayrılması gözlənilən 31 yaşlı futbolçunu transfer siyahısından çıxarıb. Klub rəhbərliyinin bu qərarı maliyyə şərtləri və transfer planlaması ilə bağlı verdiyi bildirilir.
Bernardo Silvanın isə istənilən halda mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı gözlənilir.
Silva 2025/2026 mövsümündə “Mançester Siti”nin heyətində Premyer Liqada 31 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır