"Qalatasaray" Bissuma transferindən imtina edib
28.08.2025 - 15:24

Super Liqa təmsilçisi "Qalatasaray" İv Bissuma transferindən imtina edib.
Apasport.az xəbər verir ki, İstanbul klubu 28 yaşlı yarımmüdafiəçinin fiziki problemlərinə görə oyunçudan əl çəkib.
"Cimbom" komandada davamlı oynaya biləcək futbolçu istədiyinə görə bu keçiddən imtina edib.
Xatırladaq ki, Mali millisinin üzvü ilə Türkiyənin "Fənərbaxça" klubu da yaxından maraqlanırdı.
Qeyd edək ki, "Tottenhem" Bissumanı 2022-ci ildə "Brayton"dan 19.2 milyon avroya transfer edib.
0
0