"Qalatasaray" Fransa millisinin üzvünü istəyir
02.09.2024 - 14:16

Son klubu “Yuventus” olan Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Qalatasaray” 29 yaşlı futbçunun xidmətində maraqlıdır.
Transferə əsas maneə Rabyonun yüksək maaş tələbləridir. O, ildə 7-8 milyon avro almaq istəyir.
“Cim-bom” isə ona bu qədər pul verməyə hazır deyil.
Fransalı yarımmüdafiəçi yeni klubu ilə bağlı son seçim etməyə tələsmir. O, maaş tələblərinin ödənilə biləcəyi Premyer Liqadan təklif alacağına ümid edir.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0