"Qalatasaray" istədi - "İnter" aldı
02.09.2025 - 12:20
"Qalatasaray" istədi - "İnter" aldı

“İnter” “Qalatasaray”ın da maraq dairəsində olan Manuel Akanjini heyətinə qatıb.

Apasport.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, müqavilə ilə “Mançester Siti”yə məxsus olan 30 yaşlı müdafiəçi bir illik icarə əsasında A Seriyası təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, isveçrəli futbolçu ötən mövsüm “şəhərlilər”in heyətində 26 oyunda meydana çıxıb.