"Qalatasaray" istədi, "Roma" aldı
01.09.2024 - 14:05

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "canavarlar" Mario Hermosonu rənglərinə bağlayıb.
Onunla 3 illik müqavilə imzalanıb. Futbolçunun son klubu bu yay tərk etdiyi "Atletiko" olub.
29 yaşlı müdafiəçi ilə Türkiyənin "Qalatasaray" komandası da yaxından maraqlanırdı. Futbolçunu şərtlərdə və maaş mövzusunda razı sala bilməyən "cimbom" Marionu heyətinə qata bilməyib.
Qeyd edək ki, Hermoso ötən mövsüm 45 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0