“Qalatasaray” istəyirdi - PREMYER LİQA KLUBUNA TRANSFER OLDU
17.07.2025 - 10:56
"Çelsi"nin qapıçısı Corce Petroviç Premyer Liqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, "Qalatasaray"ın transfer etmək istədiyi serbiyalı qolkiper "Bornmut"a transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, komanda Petroviç üçün "zadəganlar"a 28,88 milyon avro təzminat ödəyib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Corce Petroviç ötən mövsüm icarə əsasında "Strasburq"un formasını geyinib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0