“Qalatasaray” “Monako” ilə razılığa gəldi: 5 illik müqavilə
17.08.2025 - 19:38

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, klub Vilfred Sanqonu rənglərinə bağlamaq üzrədir.
Bu barədə "Africafoot" nəşri məlumat yayıb.
Bildirilib ki, "sarı-qırmızılılar" onun transferi üçün "Monako" ilə razılığa gəlib.
İstanbul təmsilçisi Sanqonu 5 milyon avro qarşılığında icarəyə götürəcək. Müqavilədə 30 milyon avro dəyərində satınalma bəndi də mövcuddur.
Müqavilə 5 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, müdafiəçi 2023-cü ildən "Monako"da çıxış edir.
0
0