“Qalatasaray” oyunçusu ilə müqavilə müddətini uzadıb
07.01.2025 - 15:56
Türkiyə Super Liqa komandalarından “Qalatasaray” yetirməsi ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub Ali Yeşilyurt ilə yeni sözləşmə imzalayıb. Razılaşmaya əsasən, futbolçu 2028-ci ilə qədər bu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, gənc müdafiəçi “sarı-qırmızılar”ın heyətində cəmi 1 rəsmi matçda iştirak edib.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0