
Daha əvvəl xəbər verdiyimiz kimi, son çempion "Qalatasaray" "Bayern"in alman vingeri Leroy Saneni 3 illik heyətinə qatıb.
Apasportun məlumatına görə, "sarı-qırmızılılar" yeni transfer hədəflərinə artıq qərar verib.
Osimheni əldə saxlamağa çalışan, Saneni heyətinə qatan "cimbom" indi də "Mançester Siti"nin ulduz futbolçularına yönəlib. Belə ki, iddialara görə Bernardo Silva və İlkay Gündoğan transferində xeyli yol qət edən Qalatasaray ingilis klubuyla razılıq əldə edib.
Qış transfer pəncərəsində adı İstanbul təmsilçisi ilə hallanan gürcü futbolçu Jorj Mikautadze üçün də klubu "Lyon"la yenidən danışıqlar başlayıb.
Musleradan sonra qapıçı mövqeyi üçün də axtarışlara davam edən "Qalatsaray" "Çelsi"yə Corc Petroviç üçün kirayə təklifi göndərməyi planlaşdırır.
Əgər bu variant uğursuz alınarsa, daha əvvəl də Türkiyə klubunda icarə əsasında çıxış etmiş ispan qolkiper İnaki Penya üçün "Barselona"nın qapısı döyüləcək.