Dortmund “Borussiya”sından ayrılan Aksel Vitsel bir neçə Avropa klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçini istəyən komandalardan biri də “Qalatasaray”dır.
İstanbul təmsilçisində prezident postuna namizədlər azad agent statusu daşıyan Belçika millisinin üzvünə “cim-bom”un formasını geyindirmək niyyətindədir. Ancaq “sarı-qırmızılılar”ın şansı o qədər də yüksək qiymətləndirilmir. Çünki “Yuventus”, “Tottenhem” və “Mançester Yunayted” də Vitselin meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Aksel Vitsel cari mövsüm bütün turnirlərdə keçirdiyi 41 oyunda 2 qol vurub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu