“Qalatasaray”da ayrılıq - RƏSMİ
19.08.2025 - 22:40
“Qalatasaray”da ayrılıq - RƏSMİ

"Qalatasaray"da ayrılıq gerçəkləşib.

Apasport.az xəbər verir ki, Derrik Köhn komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı sol cinah müdafiəçisi Bundesliqa təmsilçisi "Union"a transfer olub.

Razılaşmaya əsasən, “Qalatasaray” bu transferdən 4 milyon avro və əlavə olaraq 500 min avro bonus əldə edəcək. Bundan başqa, futbolçunun gələcəkdə satışı reallaşarsa, İstanbul təmsilçisi həmin transferdən əldə ediləcək gəlirdən 2 milyon avro çıxıldıqdan sonra qalan məbləğin 20 faizini gəlir kimi qazanacaq.

Qeyd edək ki, Köhn ötən mövsüm icarə əsasında Verder"də çıxış edib.