"Qalatasaray"da böhran: Futbolçular çempionluq mükafatlarını ala bilmirlər
29.08.2024 - 12:34
"Qalatasaray"da böhran:  Futbolçular çempionluq mükafatlarını ala bilmirlər

Doğma meydanda “Yanq Boyz”a (0:1) məğlub olduqdan sonra Çempionlar Liqasından kənarlaşdırılan “Qalatasaray”da problemlər hələ də davam edir.

Apasport.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin liqa mərhələsinə vəsiqə qazana bilməyən "sarı-qırmızılılar" həm maddi, həm də prestij baxımından zərbə alıb. 

Belə ki, İstanbul klubunda bonus böhranı yaşandığı ortaya çıxıb.

Yerli mətbuatın məlumatına görə, “Qalatasaray”ın futbolçuları hələ də çempionluq mükafatlarını ala bilməyiblər.

3 aydan sonra mükafatlarını ala bilməyən futbolçuların baş məşqçi Okan Burukla narahatlığını bölüşdüyü məlum olub.

Lakin baş məşqçinin müdaxiləsinə baxmayaraq, gərgin atmosferin dağılmadığı və futbolçuların vəziyyətdən son dərəcə narahat olduğu iddia edilib.

0