“Qalatasaray”da ciddi itkilər
21.09.2024 - 19:30
“Qalatasaray”da ciddi itkilər

Türkiyə Super Liqasının 7-ci turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutacaq.

"Qalatasaray" səfərdə "Fənərbaxça"nın qonağı olacaq. "Sarı-qırmızılar" matça iki itki ilə çıxacaq. Hakim Ziyeş və Yusuf Demir zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.

0