"Qalatasaray"da növbəti ayrılıq
31.08.2024 - 19:22
Super Liqa təmsilçisi "Qalatasaray"da növbəti ayrılıq gerçəkləşib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Leo Dübua ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Qalatasaray" Leo Dübuanı 2022-ci ilin yayında "Lion"dan transfer etmişdi. 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Başakşehir"də çıxış edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0