"Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək
02.07.2025 - 18:45
"Qalatasaray"dan Kökçü bombası: Danimarkalını göndərəcək, millinin üzvünü gətirəcək

"Benfika"da gələcəyi qeyri-müəyyən olan Orkun Kökçü bu yay komandadan ayrıla bilər.

Apasport.az "TRT Spor"a istinadla xəbər verir ki, "Qalatasaray" Türkiyə millisinin üzvü ilə maraqlanır.

Kökçü özü də "Benfika"dan ayrılmağı düşünür. Portuqaliya klubunun transfer üçün gözləntisi 25 milyon avrodur.

İstanbul klubunun rəhbərliyi futbolçunu Elias Jelerti ilə dəyişməyi düşünür. 

Portuqaliya klubu "Qalatasaray"a keçməzdən əvvəl Jelerti ilə maraqlanırdı. 

Orkun Kökçü ötən mövsüm "Benfika"nın heyətində 51 oyuna çıxıb, 12 qol vurub, 11 məhsuldar ötürmə edib. Milli futbolçu FİFA Klublararası Dünya Çempionatında da 4 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.