“Qalatasaray”dan “Puma”ya REST
03.08.2025 - 10:35

Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray” forma sponsoru “Puma” ilə yeni maliyyə razılaşması əldə etməyə çalışır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, “sarı-qırmızılılar” mövcud müqavilədən əlavə, “Puma”dan illik 5 milyon avro daha artıq gəlir əldə etmək niyyətindədir. Lakin “Puma” müqavilə şərtlərinə sadiq qalınmasını tələb edir.
“Qalatasaray” rəhbərliyi isə bildirib: “Müqavilə imzalanan vaxtdakı komanda ilə indiki heyət eyni səviyyədə deyil”.
Hazırda hər iki tərəf arasında danışıqlar davam edir.
0
0