“Qalatasaray”dan Yunanıstan klubuna
24.05.2025 - 15:58

"Qalatasaray"ın müdafiəçisi Berkan Kutlu komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.
27 yaşlı futbolçu “Panatinaikos”dan təklif alıb.
Afina təmsilçisi türk oyunçunu bir illik icarəyə götürməyi planlaşdırır.
Kutlunun “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Berkan daha öncə “Sion”, “Alanyaspor”, “Cenoa” komandalarında çıxış edib.
0
0