"Qalatasaray"ın 2 futbolçusu millinin heyətindən çıxarılıb
12.10.2024 - 17:17
"Qalatasaray"ın 2 futbolçusu millinin heyətindən çıxarılıb

Super Liqa təmsilçilərindən "Qalatasaray"ın 2 futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb.

Monteneqroya qalib gəldikləri (1:0) III tur matçında zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan düşərgədən ayrılıb.

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də İslandiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

0