
"Qalatasaray"ın U19 komandasının baş məşqçisi Hakan Balta istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə mütəxəssis sosial media hesabında açıqlama yayıb.
O, 3 ildir, çalışdığı işindən ayrıldığını bildirib:
"Təxminən üç il yarımdır çalışdığım 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi vəzifəsindən ayrılıram. Mənə bu imkanı verən menecerlərə və birlikdə işləməkdən böyük zövq aldığım futbolçulara, məşqçilərə və bütün klub əməkdaşlarına təşəkkür edirəm. Klubumda işləmək mənim üçün həmişə böyük qürur olub".
Qeyd edək ki, Balta 2007-2018-ci illərdə "sarı-qırmızılılar"ın şərəfini qoruyub.