“Qalatasaray”ın cığallığı: Almanlar pulunu tələb edir
06.08.2024 - 16:21
“Qalatasaray”ın cığallığı: Almanlar pulunu tələb edir

“Qalatasaray”ın Qabriel Sara üçün ödədiyi 18 milyon avro “Hannover”i təəccübləndirib.

Apasport.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, türklər Derrik Könün transferindən qalan 2.5 milyon avronu hələ də “Hannover”ə ödəməyib.

“Qalatasaray” almanlara ödənişi təxirə salmağı və ya yenidən razılaşmağı təklif edib. “Hannover” tərəfi isə dərhal rədd cavabı göndərib.

Klubun idman direktoru Markus Mann mətbuata açıqlamasında bunları deyib:

“Belə bir şeyin necə olduğu mənə maraqlı gəlir. “Qalatasaray” bizim pulumuzu hələ də ödəməyib. Pul hesabımızda deyil”.

Xatırladaq ki, “sarı-qırmızılar” keçdiyimiz günlərdə “Norviç Siti”dən Qabriel Sara transferini rəsmiləşdirmişdi. 


 

0