Super Liqa təmsilçilərindən "Qalatasaray"ın daha bir futbolçusu "Benfika"ya keçə bilər.
Apasport.az xəbər verir ki, Hakim Ziyeş qış transfer pəncərəsi zamanı komandanı tərk edə bilər.
Mərakeşli vinger az oynadığı üçün Türkiyə klubundan ayrılmaq istəyir.
Ziyeşlə maraqlanan klublar da var. Belə ki, "Benfika" və "AZ Alkmar" 31 yaşlı ön xətt oyunçusunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin yayında "Çelsi"dən transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi yayda başa çatır.