“Qalatasaray”ın futbolçusu İtaliya yolunda
05.06.2025 - 21:27
“Qalatasaray”ın futbolçusu İtaliya yolunda

“Yuventus” “Qalatasaray”ın futbolçusu Qabriel Saranı transfer etməyi planlaşdırır.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Qabriel Sara üçün İstanbul klubuna müraciət edib.

“Qalatasaray”ın braziliyalı futbolçunu satmağa hazır olub-olmadığı isə hələ ki bəlli deyil.

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin klubla müqavilə müddəti 2029-cu ilə qədərdir.

Qeyd edək ki, Sara “Sao Paolo”, “Norviç” klublarında da çıxış edib.