“Qalatasaray”ın hücumçusu zədəsini sağaldıb
25.09.2025 - 22:44
“Qalatasaray”ın hücumçusu zədəsini sağaldıb

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, nigeriyalı futbolçu bu gün komanda ilə birgə məşqə çıxıb.

26 yaşlı forvard Super Liqanın sabah keçiriləcək “Alanyaspor”la səfər oyununa heyətə daxil edilib.

Ulduz futbolçunun Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”la matça qədər tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 3 rəsmi görüşdə 2 qolla yadda qalıb.