"Qalatasaray"ın oyununun vaxtı dəyişdirilib
27.02.2024 - 16:44
!["Qalatasaray"ın oyununun vaxtı dəyişdirilib](https://ww3.apasport.az/storage/news/2024/february/27/big/65ddd8489e62665ddd8489e627170903764065ddd8489e62465ddd8489e625.jpg)
Türkiyə Futbol Federasiyası Super Liqanın 29-cu həftə proqramında dəyişiklik edib.
Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Rizespor" və "İstanbulspor" - "Kasımpaşa" oyunlarının günü və saatı dəyişib.
Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan "Qalatasaray" matçı martın 8-də, saat 21:00-da başlayacaq. "İstanbulspor" - "Kasımpaşa" görüşü isə martın 8-dən 10-na keçirilib.
Qeyd edək ki, buna "aslanlar"ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub.
0
0