“Qalatasaray”ın sabiq baş məşqçisi Meksika klubunda - RƏSMİ
22.05.2025 - 19:22

Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”ın sabiq baş məşqçisi Dominik Torrentin yeni iş yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis, heyətində Serxio Ramosun da yer aldığı Meksika klubu “Monterrey”ə baş məşqçi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 62 yaşlı çalışdırıcı 2021/22 mövsümünün ikinci yarısında “Qalatasaray”ın sükanı arxasında yer almışdı.
0
0