!["Qalatasaray"ın UEFA siyahısına əlavə etdiyi adlar açıqlanıb](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a5d8c6b6a4567a5d8c6b6a46173892218267a5d8c6b6a4267a5d8c6b6a43.jpg)
"Qalatasaray" UEFA Avropa Liqası üçün heyətinə daxil edəcəyi adları müəyyənləşdirib.
Apasport.az xəbər verir ki "sarı-qırmızılılar" yeni transferlərdən ikisini yenilənmiş heyətə daxil edib.
Mövsümün əvvəlində "Qalatasaray"a transfer olunan, lakin Avropa Liqasının əsas mərhələsində heyətə düşə bilməyən Roland Sallai yeni siyahıda yer alıb.
"Sarı-qırmızılılar"ın siyahıya əlavə etdiyi digər adlar isə qış transfer pəncərəsində komandaya qoşulan Alvaro Morata və Karlos Kuestadır.
Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın "AZ Alkmaar" komandası ilə qarşılaşacaq.