“Qarabağ” “Barselona”nın uğurunu təkrarladı
17.09.2025 - 13:25
“Qarabağ” “Barselona”nın uğurunu təkrarladı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Benfika"nı məğlub edən "Qarabağ" "Barselona"nın uğurunu təkrarlayıb.

Apasport.az xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytı məlumat yayıb.

Lissabon təmsilçisi Çempionlar Liqasında ikinci dəfə hesabda 2 top fərqi ilə üstün olduğu oyunda uduzub. "Benfika" ötən mövsüm 4:2 hesabı ilə öndə olduğu matçda "Barselona"ya məğlub olmuşdu - 4:5.

Qeyd edək ki, Portuqaliya klubu ötən gün "Qarabağ"la matçda üstünlüyünü qoruya bilməyib - 2:3.