Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Lex”in yeni baş məşqçisi, böyük ölçüdə müəyyənləşib.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan klubu bu posta Con van den Bromu gətirməyə hazırlaşır.
55 yaşlı mütəxəssis hazırda Polşa çempionunun baş məşqçisi olmağa əsas namizəddir. “Lex”i Çempionlar Liqasında “Qarabağ”la matçlara məhz niderlandlı mütəxəssisin çıxarması gözlənilir. Con van den Bromun son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavon” olub. O, adıçəkilən komandanı ötən ay tərk edib.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasındakı oyunlar iyulun 5-6-da və 12-13-də keçiriləcək.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”