"Qarabağ"ın rəqibi futbolçusunu Türkiyə klubuna icarəyə göndərib
06.09.2024 - 15:18
Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" futbolçusunu icarəyə göndərib.
Apasport.az xəbər verir ki, söhbət Ruben Vezodan gedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi "Eyüpspor"la anlaşıb. O, mövsümün sonuna qədər Superliqa klubunda çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 2025-ci il yanvarın 31-də "Olimpiakos"la Pireydə üz-üzə gələcək.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0