"Qarabağ"ın rəqibindən rekord
24.02.2024 - 11:19
!["Qarabağ"ın rəqibindən rekord](https://ww3.apasport.az/storage/news/2024/february/24/big/65d9891c4b1a965d9891c4b1aa170875522865d9891c4b1a765d9891c4b1a8.jpg)
Bundesliqanın XXIII turunda “Maynts”a qalib gələn "Bayer" (2:1) yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer"in məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatıb.
Xabi Alansonun yetirmələri bu nəticə ilə "Bavariya"nı geridə qoyub. Münhen təmsilçisi 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.
Qeyd edək ki, "Bayer" hazırda Bundesliqada 61 xalla liderdir.
0
0