Qarnaço "Çelsi"ni tərk edir
20.04.2026 - 16:39
"Çelsi" Alexandro Qarnaço ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, "zadəganlar" futbolçunu satmağa hazırdır.
Klub rəhbərliyi argentinalının 40 milyon avroya transferinin uğurlu olmadığını etiraf edib. Bu barədə "talkSPORT" məlumat yayıb.
Qarnaço 2025-ci ilin avqustunda "Mançester Yunayted"dən "Çelsi"yə keçib. Vinger London klubu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalayıb.
Futbolçu bu mövsüm bütün yarışlarda 39 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0