Qətər klubu Rodrini 8 milyon avroya alıb
09.09.2024 - 12:55
"Sevilya"nın yarımmüdafiəçi Rodri Sançes La Liqa klubundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı ispaniyalı karyerasını Qətərin "Əl Ərəbi" klubunda davam etdirəcək.
"Transfermarkt" portalının məlumatına görə, "Əl Ərəbi" İspaniya klubuna 8 milyon avro ödəyib.
Sançes Qətər klubu ilə 3 illik müqavilə imzalayıb.
Rodri Betis futbol akademiyasının yetirməsidir. Yarımmüdafiəçi bütün turnirlərdə "Sevilya"nın heyətində 127 oyun keçirib, 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0