Qriliş Premyer Liqada klubunu dəyişə bilər
06.08.2025 - 17:48

Mançester Siti”nin futbolçusu Cek Qriliş Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçunun “Everton”a transferi gündəmdədir.
Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki klub arasında ilkin danışıqlar aparılıb. Əgər razılıq əldə olunarsa, yarımmüdafiəçi “Everton”da çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Qriliş 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avro qarşılığında transfer olunmuşdu.
0
0