“Barselona”nın hücumçusu Antuan Qrizmann “Atletik”ə keçmək fikrində deyil.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü bu variantı, ümumiyyətlə, nəzərdən keçirməyəcək.
Bilbao klubu iyunun 24-də yeni prezidentini seçəcək. İnyaki Areçabaleta prezident seçilsə, Marselo Byelsanı baş məşqçisi postuna gətirəcək. Argentinalı çalışdırıcı da Qrizmannın alınmasını istəyib. Ancaq 31 yaşlı oyunçu indidən bilbaoluların ümidinin üstündən xətt çəkib.
Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Antuan Qrizmann ötən mövsümü icarə əsasında “Atletiko”da keçirib. Müqavilədə yer alan bəndə əsasən, madridlilər bu yay onu 40 milyon avroya birdəfəlik transfer etməlidir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”