Qvardiola 70 nəfərə 10 min sterlinq mükafat verib
30.08.2024 - 19:23
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı addımla diqqət çəkib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis klub işçilərinin hərəsinə 10 min sterlinq pul mükafatı verib.
Buna səbəb ötən mövsüm "şəhərlilərin" uğurlu çıxışı, klub personalının bu uğurda pay sahibi olmasıdır.
Qeyd edək ki, Qvardiola aralarında aşpazlar, fizioterapistlər, baristalar və təhlükəsizlik xidmətinin əməkdaşları da olmaqla ümumilikdə 70 nəfəri mükafatlandırıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0