Ramosun yeni ünvanı bəlli olub
03.02.2025 - 09:33
İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramosun yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, o, karyerasını Meksikada davam etdirəcək.
Ramos artıq Meksikanın "Monterrey" klubu ilə müqavilə imzalayıb. O, yaxın vaxtlarda yeni komandasına qoşulacaq.
38 yaşlı futbolçunun son klubu peşəkar karyerasına başladığı "Sevilya" olub.
2023-cü ilin yayında azad agent kimi doğma komandasına qayıdan müdafiəçi ötən mövsüm "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
0
0