“Real” Avropa çempionu ilə maraqlanır
21.05.2025 - 17:55
“Real” Avropa çempionu ilə maraqlanır

İspaniya La Liqası təmsilçilərindən "Real Madrid" yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda əzəli rəqibi "Barselona"nın radarında olan Niko Uilyamsla yaxından maraqlanır.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "kral klubu" futbolçunun sərbəstqalma məbləği olan 58 milyon avronu ödəməyə hazırdır.

Xatırladaq ki, 22 yaşlı vinger "Atletik"in yetirməsidir. 

Qeyd edək ki, ispaniya millisin heyətində ötən il Avropa çempionu olan oyunçu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 11 qol, 7 assistlə yadda qalıb.