“Real” yeni mərkəz hücumçusu axtarır.
Apasport.az saytı xəbər verir ki, “kral klubu”nun skautları Qətərdə keçiriləcək dünya çempionatında fəal şəkildə çalışacaqlar.
Madridlilər Kərim Benzemanı layiqincə əvəz edə biləcək hücumçu almaq istəyir. Yeni forvard almaq istəyi həm də Eden Azar və Mariano Diazın mövsümün sonunda müqavilə müddətinin başa çatması ilə bağlıdır. “Leypsiq”in qolçusu Kristofer Nkunku “Real” üçün prioritet seçim idi. Lakin fransız “Çelsi” ilə transfer danışıqlarında mühüm irəliləyiş əldə edib.
İspanların başqa variantı olmadığı üçün skautlar DÇ-2022-də istədikləri kriteriyalara uyğun hücumçu axtaracaqlar.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol