“Real” ikinci transferini açıqladı
11.06.2022 - 15:50
“Real”ın yay fasiləsində heyətinə cəlb etdiyi ikinci futbolçu rəsmən müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Antonio Rudigerdən sonra “Monako”nun yarımmüdafiəçisi Orelyen Çuameni də “kral klubu”na keçib.
Madrid təmsilçisi 22 yaşlı orta sahə oyunçusunun keçidini tvitter səhifəsi vasitəsilə bəyan edib. Hələlik transferin ispanlara neçəyə başa gəlməsi və müqavilənin digər detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Orelyen Çuameni “Monako”ya 2020-ci ildə “Bordo”dan keçib.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
0
0