
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid" "Arsenal"ı qəbul edib.
Apasport.az xəbər verir ki, “Arsenal” ilk hissənin 12-ci dəqiqəsində Bukayo Sakanın penalti zərbəsindən istifadə edə bilməyib. İngilis oyunçu panenka zərbəsi ilə qol vurmağa çalışsa da, Kurtua zərbəni dəf edib.
Birinci hissənin sonunda futbolçular paltardəyişmə otağına yollanarkən tuneldə xaos yaranıb.
Zədə səbəbindən matçın iştirak ərizəsində olmamasına baxmayaraq, "Real Madrid"in kapitanı Dani Karvahal meydana çıxıb və Sakaya hücum edib.
İddiaya görə, Sakanın panenka zərbəsi ilə penalti vurmağa cəhd etməsi ispaniyalını hiddətləndirib. O, bunu hörmətsizlik hesab edib.
Qeyd edək ki, qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.